AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində məqalə dərc edən jurnallara dair hazırladığı üçüncü Monitorinq Hesabatını ictimaiyyətə təqdim edib

  • + A
  • - A
  • 3-03-2026, 22:17

    Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində məqalə dərc edən jurnallara dair hazırladığı üçüncü Monitorinq Hesabatını ictimaiyyətə təqdim edib


    Bakı, 4 mart - Azadmedia.az

    Hüquq və İnsan Haqları İnstitutu martın 3-də hüquq sahəsində elmi məqalələr dərc edən jurnalların mövcud vəziyyətini əks etdirən üçüncü Monitorinq Hesabatını hüquq ictimaiyyətinə təqdim edib.
    Hesabat ümumilikdə 764 hüquqşünas, eləcə də 19 hüquq jurnal arasında keçirilmiş onlayn sorğunun nəticələri əsasında hazırlanıb.
    Təqdimatda İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib ki, monitorinq hesabatının hazırlanması üçün sorğu artıq üç ildir keçirilir. Sorğunun nəticələrinə görə, ən çox oxunan “Polis Akademiyasının Elmi xəbərləri” jurnalı (40.4%), “Azərbaycan Vəkili” hüquq jurnalı (39.9%), “Qanun” jurnalı (22.4%), “Azərbaycan Hüquq jurnalı” (23.6%) və “Azərbaycan prokurorluğu” jurnalının (20.7%) ilk beşlikdə qərarlaşdıqları diqqətə çatdırılıb.
    Qeyd edək ki, ötən illərdə jurnalların keyfiyyət göstəricilərinin artırılması məqsədilə İnstitut tərəfindən “Hüquq sahəsində elmi məqalələrin tərtib olunmasına dair Qaydalar” hazırlanmış və son 5 ildə hüquq jurnallarında dərc edilən məqalələrin vahid axtarış bazası yaradılmışdır.
    Bu baxımdan, təqdim olunan hesabatın hüquq jurnallarının keyfiyyət göstəricilərinin artırılmasına, elmi məqalələrin hazırlanması və dərc olunması prosesinin təkmilləşdirilməsinə töhfə verəcəyi, o cümlədən elmi fəaliyyətin daha da stimullaşdırılmasına müsbət təsir göstərəcəyi gözlənilir.

    Monitorinq hesabatı ilə ətraflı tanış ola bilərsiniz:
    https://lhri.az/az/articles/huquq-sah-sind-m-qal-d-rc-ed-n-jurnallara-dair-ucuncu-monitorinq-hesabati









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR