“19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi Şamaxıda yolları qar və buzdan təmizləyir. Xüsusilə gecə saatlarında Şamaxı rayonu Əngəxaran-Məlhəm-Çuxuryurd-Nağaraxana-Dəmirçi-Avaxıl kənd yollarında yolun hərəkət hissəsində buzlaşma qeydə alınıb. Dərhal əraziyə "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçi heyəti cəlb olunub. Yolun təhlükəsizliyini təmin etmək məqsədilə hərəkət hissəsinə qum və duz qarışığı səpilib. Görülən tədbirlər nəticəsində avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur. Həm sürücülər, həm də sərnişinlər təhlükəsiz formada hərəkət edir