AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bağırsaq xərçəngi cavanlaşır – Riskləri necə azaltmaq olar? ARAŞDIRMA

  • + A
  • - A
  • 6-03-2026, 12:35

    Bağırsaq  xərçəngi cavanlaşır – Riskləri necə azaltmaq olar? ARAŞDIRMA



    Yoğun bağırsaq xərçəngi getdikcə daha gənc yaş qruplarında müşahidə olunur. Bu barədə qastroenteroloq Meri Borum Women's Health jurnalına müsahibəsində danışıb.

    Həkimin sözlərinə görə, düz bağırsaq xərçəngi hallarının 50 faizdən çoxu birbaşa həyat tərzi ilə bağlıdır və bir sıra risk faktorları insanların öz nəzarətindədir.

    Riskləri necə azaltmaq olar

    Mütəxəssis bildirib ki, xəstəliyin yaranma ehtimalını azaltmaq üçün bir neçə əsas amilə diqqət yetirmək lazımdır:

    Siqaret və alkoqoldan imtina – bu vərdişlər onkoloji xəstəliklərin əsas risk faktorlarından hesab olunur.

    Sağlam qidalanma – rasion balanslı olmalı və kifayət qədər lif (sellüloza) ehtiva etməlidir.

    Fiziki aktivlik – oturaq həyat tərzi xəstəlik riskini artırır.

    Çəkinin nəzarətdə saxlanılması – artıq çəki orqanizm sistemlərinə əlavə yük yaradır.

    Həkim qeyd edib ki, gənclər bu amillərin təsirini çox vaxt lazımınca qiymətləndirmir. Onun sözlərinə görə, bu vərdişlərdən uzaq durmaq xəstəliyə qarşı ciddi qoruyucu təsir göstərə bilər.

    Hansı hallarda həkimə müraciət edilməlidir

    Meri Borumun sözlərinə görə, kolorektal xərçəngin gec diaqnoz qoyulmasının əsas səbəblərindən biri insanların ilkin simptomları adi həzm pozuntusu kimi qiymətləndirərək diqqətdən kənarda qoymalarıdır.

    Həkim aşağıdakı hallarda mütləq müayinədən keçməyi tövsiyə edir:

    nəcis xarakterində uzunmüddətli dəyişikliklər;

    qarın nahiyəsində keçməyən ağrı və diskomfort;

    qeyri-adi ifrazatlar.

    Mütəxəssis vurğulayıb ki, qısa müddətdə vəziyyət yaxşılaşmazsa, tibbi müayinədən keçmək vacibdir. Onun sözlərinə görə, erkən diaqnostika xəstəliyin uğurlu müalicəsi üçün əsas şərtdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR