AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı deputatlar latviyalı həmkarları ilə görüşüb, ikitərəfli əlaqələr müzakirə olunub

  • + A
  • - A
  • 11-03-2026, 16:37

    Azərbaycanlı deputatlar latviyalı həmkarları  ilə görüşüb, ikitərəfli əlaqələr müzakirə olunub


    Azərbaycanlı deputatlar Latviyada parlament nümayəndəsi ilə görüşüb

    Azərbaycan Milli Məclisinin deputatları Fazil Mustafa, Kamran Bayramov və Sevil Mikayılova Latviyaya səfər çərçivəsində Oleqs Burovs ilə rəsmi görüş keçiriblər.

    Görüşdə Latviya–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri və parlamentdə komitə sədri olan Burovsla iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

    Görüşlə bağlı bildirilib ki, Oleqs Burovs Azərbaycanın səmimi dostlarından biridir və iki ölkə arasında münasibətlərin inkişafına daim dəstək verir.

    Qeyd edək ki, bir qrup deputat hazırda Latviyada səfərdədir və səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR