AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daşkənddə İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək

  • + A
  • - A
  • 11-03-2026, 18:42

    Daşkənddə İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək

    Martın 23-24-də Daşkənddə beynəlxalq İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək.

    "Report" bu barədə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

    "Özbəkistan və İtaliyanın kənd təsərrüfatı nazirliklərinin təşəbbüsü ilə martın 23-24-də Daşkənddə İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə "Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda beynəlxalq aqrobiznes forumu keçiriləcək", - məlumatda bildirilib.

    Forum kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, investisiyaların cəlbi və innovativ texnologiyaların müzakirəsi üçün platforma olacaq. Tədbirdə İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycandan olan aparıcı ekspertlər və investorlar iştirak edəcəklər.

    Forum çərçivəsində sahibkarlara praktiki əməkdaşlığın perspektivli istiqamətlərini birbaşa müzakirə etməyə imkan verəcək B2B görüşlərin keçirilməsi də planlaşdırılır. Tədbir davamlı işgüzar əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı faydalı layihələrin təşviqinə yönəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR