AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-İRAN GƏRGİNLİYİ FISTIQ BAZARINDA QİYMƏTLƏRƏ TƏSİR EDİB.

  • + A
  • - A
  • 13-04-2026, 15:37

    ABŞ-İRAN GƏRGİNLİYİ FISTIQ BAZARINDA QİYMƏTLƏRƏ TƏSİR EDİB.

    FISTIQ QİYMƏTLƏRİ 8 İLLİK MAKSİMUMA ÇATDI

    ABŞ ilə İran arasında gərginlik dünya bazarlarında fıstıq qiymətlərinin kəskin artmasına səbəb olub.

    Məlumata görə, qiymətlər son səkkiz ilin ən yüksək səviyyəsinə çataraq bir funt üçün 4,57 dollar olub. Bu barədə Bloomberg agentliyi Expana Markets-ə istinadən məlumat yayıb.

    Qeyd olunur ki, İran dünyada fıstıq ixracına görə ikinci yerdədir və qlobal bazarın təxminən üçdə birini təmin edir.

    Nick Moss bildirib ki, problemlər əslində münaqişədən əvvəl başlayıb. Belə ki, 2025-ci ildə gözləniləndən az məhsul yığılması və ölkə daxilində siyasi qeyri-sabitlik bazara mənfi təsir göstərib.

    Əlavə olaraq, fıstıq tərkibli “Dubai şokoladı”na tələbatın artması da qiymətlərin yüksəlməsinə təsir edən amillərdən biri kimi göstərilir.

    Ekspertlər qeyd edir ki, ABŞ və İran arasında fıstıq bazarında rəqabət uzun illərdir davam edir və ABŞ yalnız 2000-ci illərdə bu sahədə önə keçə bilib. Bu rəqabət bəzi hallarda geosiyasi gərginlik kontekstində də müzakirə olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR