19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi Şamaxı–Kələxana avtomobil yolunda işləri davam etdirir

Şamaxı–Kələxana avtomobil yolunda güclü yağışlardan sonra yaranan fəsadların aradan qaldırılması istiqamətində təmir-bərpa işlərinə başlanılıb.
İntensiv yağıntılar nəticəsində yolun bəzi hissələrində asfalt-beton örtüyü zədələnərək sıradan çıxıb. Bu isə nəqliyyatın hərəkətində çətinliklərə səbəb olub.
Təmir briqadaları əraziyə cəlb olunub
Hadisədən dərhal sonra 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları əraziyə göndərilib. Hazırda yolun zədələnmiş hissələrində aktiv şəkildə təmir-bərpa işləri aparılır.
Zədələnmiş örtük yenilənir. Görülən işlər çərçivəsində sıradan çıxmış asfalt-beton örtüyü xüsusi texnika vasitəsilə kəsilərək çıxarılır. Növbəti mərhələdə yolun həmin hissələrinin yenidən asfaltlanması nəzərdə tutulur.
Mütəxəssislər bildirir ki, işlər qısa müddətdə yekunlaşdırılacaq və yolun normal istismarı tam bərpa ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.