AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Arzulara qanad verək" adlı qanvermə aksiyası keçirilib

  • + A
  • - A
  • Bu gün, 14:29

    "Arzulara qanad verək" adlı qanvermə aksiyası keçirilib

    Ümumdünya hemofiliya günü münasibəti ilə arzulara qanad verək adllı qanvermə aksiyası təşkil edilib. Aksiya Respublika Qan Bankının inzibati binasında həyata keçiriliib.
    Tədbirin əsas məqsədi talassemiya, hemofiliya və leykoz kimi ağır xəstəliklərdən əziyyət çəkən insanlar üçün qan ehtiyatının artırılmasına dəstək olmaqdır. Eyni zamanda, bu aksiya cəmiyyətin diqqətini qan donorluğunun əhəmiyyətinə yönəltməyi hədəfləyir.

    Respublika Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlərə dəstək məqsədi daşıyır.

    Qeyd edək ki qanvermə aksiyası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, “Birlik” Xeyriyyə Təşkilatı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Azərbaycan Uşaqlarının İnkişaf Platforması (AUİP) və Dövlət Komitəsinin “Ailəm könüllüləri” proqramı iştirakçılarının birgə təşkilatçılığı ilə keçirildi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR