“Əsmanur” baxçalar şəbəkəsinin rəhbəri İlahə Xuduqızının yol hərəkəti qaydalarını kobud şəkildə pozması ictimai narazılığa səbəb olub. Belə ki, yayılan məlumata görə, bağça rəhbəri avtomobili idarə edərkən azyaşlı nəvəsini ön oturacaqda əyləşdirib, hər ikisi təhlükəsizlik kəməri taxmadan hərəkət ediblər. Üstəlik, görüntülərdə onların sükan arxasında diqqəti yayındıracaq şəkildə qol qaldıraraq oynadıqları əks olunub.
Məsələ ilə bağlı Azadmedia.az-a daxil olan məlumatda bildirilir ki, qaydaları pozan bağça müdiri tanınmış ictimai-siyasi xadim Sabir Rüstəmxanlının bacısıdır. Bu fakt isə hadisəyə ictimai marağı daha da artırıb.
Təhlükəsizlik kəmərindən istifadə etməmək və azyaşlı uşağı ön oturacaqda qoruyucu vasitəsiz aparmaq ciddi risk yaradır. Bu cür məsuliyyətsiz davranış həm sürücünün, həm də uşağın həyatını təhlükə altına qoyur.
İctimaiyyət nümayəndələri vurğulayırlar ki, qanun hamı üçün eynidir və bu kimi hallar cəzasız qalmamalıdır. Xüsusilə uşaqların təhlükəsizliyinin təmin olunması hər bir valideyn və məsul şəxs üçün prioritet olmalıdır.
https://www.facebook.com/share/r/17AzuKZUcM/
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.