AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi Şamaxı–Kələxana yolunda cari təmir işləri aparır

  • + A
  • - A
  • Bu gün, 21:43

    19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi Şamaxı–Kələxana yolunda cari təmir işləri aparır

    Şamaxı rayonu ərazisində yerləşən Şamaxı–Kələxana avtomobil yolunda cari təmir işlərinə başlanılıb.

    Məlumata görə, yolun bəzi hissələrində asfalt örtüyünün deformasiyaya uğraması və xırda çatların yaranması nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən yolun bərpası istiqamətində təmir tədbirləri həyata keçirilir.

    Hazırda ərazidə 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları və xüsusi texnika cəlb olunmaqla asfalt örtüyünün yenilənməsi, yolun zədələnmiş hissələrinin bərpası və hamarlanması işləri görülür. Təmir işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır.

    Qeyd edək ki, aparılan təmir-bərpa tədbirləri yolun istismar vəziyyətinin yaxşılaşdırılmasına, nəqliyyatın təhlükəsiz və rahat hərəkətinin təmin olunmasına xidmət edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR