AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

  • + A
  • - A
  • Bu gün, 14:36

    Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən cari il üçün təsdiq olunmuş hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

    Müdafiə Naazirliyindən verilən xəbərə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın ilkin mərhələsində şəxsi heyətin müvafiq qeydiyyat işləri aparılıb. Həkim müayinəsidən keçmiş hərbi vəzifəlilərə hərbi geyim və digər zəruri təminat vasitələri verilib.

    Ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə təlim toplanışı müddətində Azərbaycan Ordusunun arsenalında olan silah və hərbi texnikalardan istifadə qaydaları, müasir dövrün tələblərinə uyğun döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək, həmçinin real döyüş şəraitinə uyğun taktiki hazırlıq məşğələləri və digər təlimlər keçiriləcək.

    Aprelin 28-nə qədər keçiriləcək təlim toplanışının əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR