19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi Şamaxı-Pirqulu-Dəmirçi yolunda işləri davam etdirir

Son günlər yağan intensiv yağışlar Şamaxı-Pirqulu-Dəmirçi yolu üzərində ciddi fəsadlara səbəb olub.
Məlumata görə, güclü yağıntılar nəticəsində yolun bəzi hissələrində istinad divarı dağılıb, asfalt örtüyü deformasiyaya uğrayıb və xırda çatlar əmələ gəlib. Bu hallar nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Yaranmış problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən ərazidə təmir-bərpa işlərinə başlanılıb. Hazırda 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi əməkdaşları və xüsusi texnika cəlb olunmaqla asfalt örtüyünün yenilənməsi, zədələnmiş hissələrin bərpası və yolun hamarlanması istiqamətində işlər davam etdirilir.
Qeyd olunur ki, işlər başa çatdıqdan sonra yolun hərəkət üçün tam təhlükəsiz vəziyyətə gətirilməsi təmin olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.