AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mərkəzi Neftçilər Xəstəxanasında Əməkdar həkim, tibb elmləri doktoru Fəxrəddin Gülmirzə oğlu Cavadovun 75 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.

  • + A
  • - A
  • Bu gün, 20:45

    Mərkəzi Neftçilər Xəstəxanasında Əməkdar həkim, tibb elmləri doktoru Fəxrəddin Gülmirzə oğlu Cavadovun 75 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.


    Tədbir çərçivəsində ilk olaraq mərhumun məzarı ziyarət olunub, məzarı üzərinə əklil qoyulub. Daha sonra anım tədbiri Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirilib.

    Fəxrəddin Cavadov ömrünü Azərbaycan səhiyyəsinin inkişafına, insanlara xidmətə və Mərkəzi Neftçilər Xəstəxanasının formalaşmasına həsr etmiş dəyərli bir şəxsiyyət kimi yad edilib.

    Tədbir zamanı onun əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
    Tədbirdə Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov, Nefrologiya şöbəsinin keçmiş müdiri, tibb elmləri namizədi Oqtay Məmmədzadə, Əməliyyat blokunun şöbə müdiri Nemət Abbasov, Poliklinika şöbəsinin terapevti Pərizad Baxşəliyeva, həmçinin Poliklinika şöbəsinin müdiri Nuray Cavadova çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, Fəxrəddin Cavadovun peşəkar fəaliyyəti, insanlara münasibəti və səhiyyənin inkişafına verdiyi töhfələr barədə danışıblar.

    Tədbirin sonunda onun xatirəsinin daim yaşayacağı, səhiyyə sahəsində gördüyü işlərin isə gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.

    Allah rəhmət eləsin.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR