AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ELNUR ALLAHVERDİYEV NÜMUNƏSİ!

  • + A
  • - A
  • Bu gün, 19:21

    ELNUR ALLAHVERDİYEV NÜMUNƏSİ!

    ELNUR ALLAHVERDİYEV NÜMUNƏSİ!

    21 aprel dəyərli Vətən oğlu Elnur Allahverdiyevin doğum günüdür. Bu münasibətlə Elnur müəllimi səmimi qəlbdən təbrik edirəm. O, atası mərhum Marat müəllimin zəngin mənəvi və əxlaqlı həyat yolunun davamçısıdır. E. Allahverdiyev parlamentin deputatı olduğu dövrdə ictimai -siyasi və intellektual fəaliyyəti ilə ön sırada özünə yer tapmışdır. Comərdlik onda anadangəlmə və irsi xarakter daşıyır.
    Atasının Ümummilli Lederimiz Heydər Əliyevə sədaqətininin şahidi olan Elnur Allahverdiyevin dəyəri dostumuz, millət vəkili Soltan Məmmədovla birgə məsləhətçisi olduğu “Heydər Əliyev. 100 faktın tarixi” kitabı şedevrdir. Kitabda Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki roluna dair 100 mühüm tarixi fakt yer alıb. Nəşrdə Ümummilli Liderin müsahibələri, çıxışları və bəyanatları, eləcə də səfərləri və müxtəlif görüşləri barədə maraqlı məlumatlar əks etdirilib. Bu kitab Ümummilli lider Heydər Əliyevin siyasi irsinin tədqiqatçıları üçün zəngin mənbələrdən biri olacaq, gənc nəslin Ulu Öndərin tarixi xidmətləri haqqında məlumatlandırılmasına töhfə verəcək.

    Elnur Allahverdiyevin təşəbbüsü ilə artıq 5 ildən çoxdur ki, yaradılan “Qorqud” Vikipediya Metodik Klubu maarifçilik nöqteyi-nəzərindən misilsiz kontentdir. Bu zaman kəsiyində Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, memarlıq abidələri və coğrafiyasından bəhs edən 6 mindən artıq məqalə Azərbaycan, türk, ingilis, rus, alman və digər dillərdə yaradılıb və zənginləşdirilib. Bununla yanaşı, “Qorqud” Türkiyə, Özbəkistan, Almaniya və Gürcüstanda “viki” qruplarının yaradılmasında da fəal iştirak edib. Bu faktın özü əlbəttə ki, “Qorqud”un artıq yüksək peşəkarlıq göstəricidir.
    Şəxsiyyətin əsas göstəricisi Vətənə, Xalqa, Dövlət başçısına sidqi- ürəkdən bağlılıqda özünü biruzə verir. Burada əlbəttə ki, səmimiyyət böyük rol oynayır. Sadaladığım bütün keyfiyyətlər Elnur Allahverdiyevdə var və sadaqətlilik prinsipi onun həyatının amalıdır.

    Etibar Əliyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR