Paytaxtda ictimai nəqliyyatda artan sərnişin axınının tənzimlənməsi üçün yeni tədbirlər görülüb. Aprelin 22-də həyata keçirilən qərara əsasən, bir sıra əsas istiqamətlər üzrə əlavə avtobuslar xəttə buraxılıb və hərəkət qrafiki gücləndirilib.
Qurumdan Azadmedia.az-a verilən məlumata görə, bu addım xüsusilə sıx istifadə olunan marşrutlarda rahatlığın artırılması və gözləmə müddətinin azaldılması məqsədi daşıyır. Yeni dəyişikliklər həm magistral, həm də şəhərdaxili xətləri, eləcə də metro stansiyaları arasında əlaqəni əhatə edir.
Magistral və şəhərdaxili xətlər üzrə istiqamətlər: • 500 nömrəli marşrut:
– Elmlər Akademiyası – Nizami – 28 May – Koroğlu – Neftçilər
– 28 May – Koroğlu – Əhmədli – Ukrayna dairəsi
• 503 nömrəli marşrut: Elmlər Akademiyası – Nizami – 28 May – Koroğlu
• 508 nömrəli marşrut: Elmlər Akademiyası – 28 May – Koroğlu – Neftçilər
• 49 nömrəli marşrut: Ukrayna dairəsi – 28 May (Heydər Əliyev prospekti ilə)
• 46 nömrəli marşrut:
– Əhmədli – Günəşli
– Əhmədli – 28 May (8 Noyabr prospekti ilə)
• 62 nömrəli marşrut:
– Əhmədli – M. Tusi küçəsi
– Koroğlu – Sadıqcan küçəsi
• 11 nömrəli marşrut: Koroğlu – Sadıqcan küçəsi
• 3 nömrəli marşrut: Elmlər Akademiyası – Badamdar
Metrostansiyalar arası gücləndirilmiş xətlər:
Koroğlu və 28 May istiqamətində sərnişin daşınmasını artırmaq üçün:
• 140 nömrəli marşrut
• 150 nömrəli marşrut
• 141E nömrəli marşrut
Köməkçi və dəstək xətləri:
Digər marşrutlardakı sıxlığı azaltmaq məqsədilə:
• 2 nömrəli marşrut – Avtovağzal istiqamətindən 13 nömrəli marşruta dəstək
• 139 nömrəli marşrut – 13 nömrəli marşruta Koroğlu istiqamətində dəstək
• 163 nömrəli marşrut – 7B nömrəli marşruta Koroğlu istiqamətində dəstək
Qeyd olunur ki, tətbiq edilən bu yeniliklər sərnişinlərin daha rahat və operativ daşınmasına şərait yaradacaq.