AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şamaxıda güclü yağış kənd yollarını yararsız vəziyyətə salıb

  • + A
  • - A
  • Bu gün, 21:14

    Şamaxıda güclü yağış kənd yollarını yararsız vəziyyətə salıb

    Şamaxıda güclü yağış kənd yollarını yararsız vəziyyətə salıb
    Şamaxı rayonunun Qaleybuğurt, Sis və Qaladərə kəndlərini birləşdirən avtomobil yolları yağan intensiv yağışlar nəticəsində ciddi şəkildə zədələnib.

    Məlumata görə, aramsız yağıntılar səbəbindən yol örtüyü yuyulub, bəzi hissələrdə dərin çuxurlar yaranıb və hərəkət xeyli çətinləşib. Xüsusilə torpaq və dağlıq relyefə malik ərazilərdə palçıqlaşma müşahidə olunur ki, bu da minik avtomobillərinin hərəkətini demək olar ki, mümkünsüz edir.

    Yerli sakinlər bildirirlər ki, yaranmış vəziyyət kəndlər arasında gediş-gəlişə ciddi maneələr yaradır. Bəzi hissələrdə isə kiçik torpaq sürüşmələri qeydə alınıb.

    Məsələ ilə bağlı 19 Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları əraziyə cəlb olunaraq yaranmış problemi aradan qaldırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR