AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ Universitetində keçirilən I Təhsil Forumu tənqid olundu – təhsil eksperti sərt iradlar səsləndirdi

  • + A
  • - A
  • Bu gün, 09:26

    Qarabağ Universitetində keçirilən I Təhsil Forumu tənqid olundu – təhsil eksperti sərt iradlar səsləndirdi

    Qarabağ Universitetində keçirilən I Təhsil Forumu ilə bağlı təhsil eksperti Etibar Əliyev tənqidi fikirlər səsləndirib. Azadmedia.az xəbər verir ki, o, həm forumun ümumi gedişatını, həm də panel müzakirələrində iştirak edən bəzi şəxsləri sərt şəkildə qiymətləndirib.

    Etibar Əliyev bildirib ki, Qarabağ Universiteti sürətlə inkişaf edən ali təhsil müəssisələri sırasında yer almalı və ölkənin Zəfərini təcəssüm etdirməlidir. Onun sözlərinə görə, universitetin inkişafına ziyalıların daha fəal töhfə verməsi vacibdir. Ekspert həmçinin universitet kitabxanasının formalaşdırılması prosesinə dəstək göstərməyə hazır olduğunu qeyd etsə də, bu təklifinə hələlik cavab almadığını vurğulayıb.

    Forum barədə danışan Etibar Əliyev tədbirin onu məyus etdiyini deyib. O, panel müzakirələrində daha əvvəl də müxtəlif tədbirlərdə gördüyünü qeyd etdiyi bəzi təqaüdçü təhsil mütəxəssislərinin iştirakını tənqid edib.

    Ekspert iddia edib ki, həmin şəxslərin Azərbaycan təhsil sisteminin inkişafına töhfəsi yetərli olmayıb. O, Bakı Avropa Liseyində müşahidələrinə əsaslanaraq Zülfiyyə Veysovanın kitabxana və STEAM kabinetlərinin qurulması istiqamətində effektiv nəticələr göstərmədiyini, Asif Cahangirovun isə təhsil mövzusundakı fikirlərinin auditoriya tərəfindən çətin anlaşıldığını bildirib.

    Etibar Əliyev əlavə edib ki, bu şəxslərin uzun illərdir müxtəlif təhsil forumlarında və müzakirələrdə iştirak etdiyini müşahidə edir.

    O, Qarabağ Universitetinin yeni təhsil ideyaları ilə inkişaf edə biləcəyini vurğulayaraq, universitet rəhbərliyinin mövcud şərtlər daxilində seçimlərinin olduğunu qeyd edib. Bununla belə, ekspert hesab edir ki, belə bir ali təhsil müəssisəsinin rəhbərliyində daha aydın və müstəqil mövqe vacibdir.

    Qeyd edək ki, Qarabağ Universitetində keçirilən I Təhsil Forumu ölkədə ali təhsil mühitinin inkişafı və yeni təhsil yanaşmalarının müzakirəsi məqsədi daşıyıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR