“TikTok” sosial şəbəkəsində “gül satan oğlan” adı ilə tanınan şəxsin şəhər mərkəzində turistləri çəkərək onları narahat etməsinə dair görüntülər yayılıb. Video qısa zamanda yüz minlərlə baxış toplayıb və sosial şəbəkə istifadəçiləri tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb.
Əldə olunan məlumata görə, həmin görüntülərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb və hərəkətlərə yol verən Orxan Hüseynli müəyyən edilərək saxlanılıb.
Onun səhhəti ilə bağlı vəziyyət nəzərə alınaraq müvafiq tibb müəssisəsinə yerləşdirildiyi bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.