AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kür çayında suyun səviyyəsi azalır, vəziyyət stabilləşir

  • + A
  • - A
  • Bu gün, 10:14

    Kür çayında suyun səviyyəsi azalır, vəziyyət stabilləşir

    Kür çayının aşağı axınında son günlər müşahidə olunan yüksək su səviyyəsi tədricən normallaşır.
    Mart ayının sonundan etibarən yağan intensiv yağışlar nəticəsində çaylarda suyun artması qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozuna əsasən, Mingəçevir su anbarından Kür çayına artırılmış su buraxılışı həyata keçirilib.
    Bəzi rayonlarda çayın köməkçi bəndlərində sızmalar və lokal su basmalar baş verib, evlərin həyət sahələri və örüş yerləri təsirlənib. Aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər görülərək ərazilərə mütəxəssislər ezam olunub və qabaqlayıcı işlər aparılıb.
    Son qərarlara uyğun olaraq su buraxılışı rejimi tənzimlənib və Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə edilir. Hazırda suyun Xəzər dənizinə maneəsiz axını təmin olunur, su basmış sahələrdən suların çəkilməsi və infrastrukturun bərpası davam etdirilir.
    Rəsmi məlumatlara görə, vəziyyət nəzarət altındadır və əhali gündəlik fəaliyyətini davam etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR