Zərifə Əliyevanın elmi irsi Kürdəmir xəstəxanasında anılıb

27 aprel 2026-cı il tarixində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın yubileyi münasibətilə geniş tədbir təşkil olunub.
Tədbirdə xəstəxananın direktoru Eıçin Bilalov çıxış edərək akademikin həyat və fəaliyyətindən bəhs edib, onun Azərbaycan tibb elminə verdiyi töhfələri yüksək qiymətləndirib.
Daha sonra xəstəxananın oftalmoloqu Babək Tahirov çıxış edərək Zərifə Əliyevanın oftalmologiya sahəsindəki elmi irsi haqqında ətraflı məlumat verib. O bildirib ki, akademikin apardığı tədqiqatlar göz xəstəliklərinin diaqnostika və müalicəsində mühüm yeniliklərə yol açıb və bu gün də aktuallığını qoruyur.
Çıxışlarda həmçinin vurğulanıb ki, Zərifə Əliyevanın zəngin elmi irsi və humanist fəaliyyəti gənc həkimlər üçün daim nümunədir.
Sonda akademikin həyat yolu və elmi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu, əldə etdiyi nailiyyətlər və Azərbaycan tibb elminə verdiyi töhfələr ətraflı şəkildə təqdim olunub. Tədbir iştirakçıları videoçarxı böyük maraq və ehtiramla izləyiblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.