AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənubi Sudanda təyyarə qəzası nəticəsində 14 nəfər ölüb

  • + A
  • - A
  • Bu gün, 11:00

    Cənubi Sudanda təyyarə qəzası nəticəsində 14 nəfər ölüb

    Cənubi Sudanın paytaxtı Cuba şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsindəki 14 nəfərin hamısı ölüb.

    Bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

    "CityLink Aviation" şirkətinə məxsus "Cessna 208 Caravan" Yeidən Cuba istiqamətində hərəkət edərkən havaya qalxdıqdan təxminən 30 dəqiqə sonra əlaqəni itirib və paytaxtdan təxminən 20 kilometr aralıda qəzaya uğrayıb.

    Təyyarədə 13 sərnişin və bir pilot olub. Onlardan 12-ci Cənubi Sudanın, ikisi Keniya vətəndaşı olub. Qəza nəticəsində hamısı həlak olub.

    İlkin məlumatlara görə, qəzaya pis görünüş səbəb ola bilər. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR