“QHT işi” üzrə ittiham olunan Mehriban Rəhimlinin məhkəmə prosesi keçirilib. O, irəli sürülən ittihamları əsassız sayaraq yalnız ABŞ Alman Marşal Fonduna məsləhətçi kimi xidmət göstərdiyini bildirib və heç bir maliyyə əməliyyatında iştirak etmədiyini deyib.
Rəhimlinin sözlərinə görə, fəaliyyəti layihələrə ilkin rəy verməklə məhdudlaşıb, bütün qərarlar isə Fondun xarici ofisləri tərəfindən qəbul olunub. Gəlirlərinin rəsmi qaydada hesabına köçürüldüyünü və vergilərinin ödənildiyini qeyd edib.
O, ittihamları rədd edib və korrupsiya ilə bağlı iddiaları qəbul etməyib. Məhkəmə prosesi mayın 18-də davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.