AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azyaşlılarla bağlı xəbərdarlıq edilib

  • + A
  • - A
  • Bu gün, 17:25

    Azyaşlılarla bağlı  xəbərdarlıq edilib

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək azyaşlılarla bağlı məlumatların yayılmasında xüsusi həssaslıq göstərilməsinin vacibliyini vurğulayıb.

    O bildirib ki, uşaqların ad, soyad, yaşayış ünvanı, təhsil aldıqları müəssisə, ailə üzvləri və onların şəxsiyyətini müəyyən edən digər məlumatların ictimailəşdirilməsi həm qanunvericiliyin tələblərinə ziddir, həm də media etikasının əsas prinsiplərini pozur.

    Mətbuat katibi qeyd edib ki, uşaqlar cəmiyyətin ən həssas təbəqəsi hesab olunur və onların hüquqlarının qorunması hər kəsin məsuliyyətidir. İnformasiya yayılarkən azyaşlıların təhlükəsizliyi, psixoloji rifahı və gələcək həyatına mümkün təsirlər mütləq nəzərə alınmalıdır.

    Açıqlamada vurğulanıb ki, etik normalara riayət olunması təkcə hüquqi öhdəlik deyil, eyni zamanda sağlam və məsuliyyətli cəmiyyətin formalaşmasına xidmət edən əsas dəyərlərdən biridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR