AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

17 yaşı var, 21 exinokokk kistası bədənindən çıxarıldı

  • + A
  • - A
  • Bu gün, 10:09

    17 yaşı var, 21 exinokokk kistası bədənindən çıxarıldı


    Müxtəlif orqanlarında 21 exinokokk kistası aşkarlanan yeniyetmə KTM-də sağaldı
    Kliniki Tibbi Mərkəzə 31.03.2026-cı il tarixində 2009-cu il təvəllüdlü şəxs (qadın) qarın ağrısı, baş ağrısı və ümumi halsızlıq şikayətləri ilə müraciət edib.
    Aparılan radioloji müayinələr nəticəsində yeniyetmənin qaraciyərində 14, dalağında 3 ədəd (ölçüləri 5–6 sm-dən böyük), eyni zamanda ağciyərlərində 4 ədəd (ölçüləri 4 sm-dən kiçik) exinokokk kistaları aşkar edilib. Ümumilikdə 21 ədəd kista müəyyən olunub və pasiyentə qaraciyər, dalaq və ağciyərlərin çoxsaylı exinokokk kistaları diaqnozu təyin edilib.
    Mövcud vəziyyət nəzərə alınaraq əməliyyata hazırlıq mərhələsində pasiyentə əvvəlcə qurdəleyhinə (antiparazitar) dərman müalicəsi təyin olunub və uyğun protokola əsasən preparativ müalicə kursu aparılıb.
    Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinin müdiri, uşaq cərrahı İlqar Haqverdiyev, uzman uşaq cərrahı Aynur Qurbanova və uşaq cərrahı Günay Əmrahlının iştirakı ilə pasiyentə qaraciyərdəki exinokokk kistalarının çıxarılması və splenektomiya (dalağın tam götürülməsi) əməliyyatı uğurla icra olunub.
    Əməliyyatdan sonrakı müalicə prosedurları nəticəsində xəstənin vəziyyəti stabilləşib və qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
    Qeyd edək ki, xəstəliyin bu forması və ölçü göstəriciləri nadir rast gəlinən hallardan hesab olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR