AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunan Kitab Festivalı keçirildi

  • + A
  • - A
  • Bu gün, 13:01

    Masallıda Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunan Kitab Festivalı keçirildi

    Masallı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbirlər davam edir. Növbəti belə tədbir çərçivəsində Məşhur Məmmədov və deputat həmkarı Cavanşir Paşazadə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında təşkil olunan Masallı Kitab Festivalında iştirak ediblər.
    Festivalda rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil idarələrinin nümayəndələri, ictimaiyyət üzvləri və rayon sakinləri geniş tərkibdə iştirak ediblər.

    Tədbirdə çıxış edən millət vəkili Məşhur Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən bəhs edərək bildirib ki, Ümummilli Lider müasir Azərbaycan dövlətinin qurucusu, milli ideologiyanın memarı kimi hər zaman xalqın yaddaşında yaşayır. Onun təhsilə, elmə və kitaba verdiyi önəm bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
    Deputat qeyd edib ki, Masallıda keçirilən Kitab Festivalı da məhz Ulu Öndərin maarifçilik ideyalarının yaşadılmasına xidmət edir. Bu cür tədbirlərin yalnız rayon mərkəzində deyil, kəndlərdə də təşkili xüsusi əhəmiyyət daşıyır və gənc nəslin mütaliəyə marağının artırılmasında mühüm rol oynayır.
    Çıxışda vurğulanıb ki, rəqəmsal dövrün tələblərinə baxmayaraq, kitab oxuma vərdişinin formalaşdırılması cəmiyyətin intellektual inkişafı baxımından olduqca vacibdir. Qarşıdan gələn yay mövsümü ilə əlaqədar olaraq Masallının zəngin təbiəti və cənub mətbəxi ilə turistlər üçün cəlbedici məkan olduğu qeyd edilib, istirahətin ən faydalı növlərindən birinin kitab mütaliəsi olduğu diqqətə çatdırılıb.
    Sonda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın borcudur və bu istiqamətdə tədbirlər davam etdiriləcək.
    Qeyd edək ki, Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbirlər ölkənin müxtəlif bölgələrində davam edir.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR