Masallıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər konsert proqramı və bədii kompozisiya ilə yekunlaşıb.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri Məşhur Məmmədov və Fəzail İbrahimli, ictimaiyyət nümayəndələri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, xalqın rifahı və Azərbaycanın inkişafı naminə həyata keçirdiyi siyasət bu gün də böyük ehtiramla yad edilir. Onun əsasını qoyduğu siyasi kurs ölkəmizin uğurlu inkişafının təməlini təşkil edir.
Bildirilib ki, gün ərzində rayon ərazisində müxtəlif silsilə tədbirlər, görüşlər və anım proqramları təşkil olunub. Yekun tədbirdə təqdim edilən bədii kompozisiya və konsert proqramı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Ümummilli Liderin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı, onun ideyalarının gələcək nəsillərə yol göstərəcəyi vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.