AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

WhatsApp-da ödənişli “Plus” abunəliyi istifadəyə verilib

  • + A
  • - A
  • Dünən, 16:10

    WhatsApp-da ödənişli “Plus” abunəliyi istifadəyə verilib

    WhatsApp istifadəçilər üçün ödənişli “WhatsApp Plus” abunəliyinin mərhələli istifadəyə verilməsinə başlayıb. Məhdud beta test mərhələsindən sonra yeni funksiya artıq bəzi iPhone istifadəçilərinə App Store üzərindən yayımlanan adi yeniləmə ilə təqdim olunur.

    Yeni abunə əsasən tətbiqin fərdiləşdirilməsi və əlavə tənzimləmə imkanlarına yönəlib. “WhatsApp Plus” istifadəçilərə eksklüziv tam ekran animasiyalı stikerlər, interfeys üçün 18 fərqli vurğu rəngi və tətbiq ikonası üçün 14 alternativ seçim təqdim edir.

    Bundan əlavə, istifadəçilər çatların idarə olunması ilə bağlı daha geniş imkanlar əldə edəcəklər. Belə ki, sabitlənmiş çatların limiti 3-dən 20-yə qaldırılır. Həmçinin müxtəlif çatlar üçün ayrıca mövzu, bildiriş səsi və zəng melodiyası seçmək mümkün olacaq.

    Avropada aylıq abunə haqqı 2,49 avro təşkil edir. Digər regionlarda qiymət fərqli ola bilər. Bəzi ölkələrdə istifadəçilərə bir həftəlik və ya bir aylıq pulsuz sınaq müddəti də təklif olunur.

    Şirkət bildirib ki, abunə yalnız şəxsi hesablar üçün nəzərdə tutulub. WhatsApp Business istifadəçiləri isə bu xidmətdən yararlana bilməyəcəklər.

    Tətbiq tərtibatçıları vurğulayırlar ki, messencerin bütün əsas funksiyaları əvvəlki kimi pulsuz qalacaq. Mesajlaşma, səsli və görüntülü zənglər, status paylaşımı və başdan-başa şifrələmə bütün istifadəçilər üçün məhdudiyyətsiz işləməyə davam edəcək.

    Hazırda “WhatsApp Plus” yalnız məhdud sayda iOS istifadəçisinə təqdim olunur. Yaxın vaxtlarda funksiyanın daha geniş istifadəyə verilməsi, daha sonra isə Android platformasında da əlçatan olması gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR