Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib.
Görüş zamanı Azərbaycanla Birləşmiş Krallıq arasında mövcud tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Siyasi dialoq, iqtisadiyyat, enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət, investisiyalar, təhsil, humanitar sahələr və regional təhlükəsizlik məsələləri müzakirə olunan əsas mövzular sırasında yer alıb.
Görüş zamanı tərəflər iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildiriblər.
Görüş zamanı tərəflər regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, postmünaqişə dövründə bölgədə aparılan bərpa və yenidənqurma işləri, eləcə də digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfir Fergus Auld Azərbaycanda fəaliyyəti dövründə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Ceyhun Bayramov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.