AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq genişlənir.

  • + A
  • - A
  • Bu gün, 13:30

    Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq genişlənir.

    Elə həmin gün Türkiyə Respublikasının Diyanət İşləri Bakanı (Dini İşlər üzrə naziri), professor Safi Arpaguşla Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə arasında görüş keçirildi.

    Bütün Qafqazın Şeyxi ilə görüşməkdən məmnunluğunu ifadə edən Safi Arpaguş Azərbaycana ən səmimi arzuları çatdırdı. Görüşün tarixi əhəmiyyət daşıdığını vurğulayan Allahşükür Paşazadə, hələ Safi Arpaguşla İstanbul müftisi olduğu zaman görüşdüyünü diqqətə çatdırdı. ‘’Bizim əməkdaşlığımız çoxşaxəlidir, bu imkanları daha da dərinləşdirməli, Azərbaycan və Türkiyə üçün faydalı olan yeni istiqamətlər müəyyən etməliyik.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlığı genişləndirilməsi, eləcə də bu ilin sentyabr ayında keçiriləcək Türk Dövlətlər Təşkilatı Dini İdarə Rəhbərləri Şurasının
    toplantısı ilə bağlı təşkilatı məsələlər müzakirə edildi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR