AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qusarda “Təmiz hava aylığı” çərçivəsində tədbirlər davam etdirilir

  • + A
  • - A
  • Bu gün, 13:35

    Qusarda “Təmiz hava aylığı” çərçivəsində tədbirlər davam etdirilir


    Bakı, 18 may — Azadmedia.az

    Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Təmiz hava aylığı” ilə əlaqədar maarifləndirici və profilaktik tədbirlər keçirilib. Tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə nəzarət olunub, atmosferə zərərli tullantıların yayılmasına səbəb olan nasazlıqlarla bağlı sürücülərə xəbərdarlıqlar edilib.

    Yol polisi əməkdaşları sürücülərlə söhbətlər apararaq nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsinin, mühərrik və qaz sistemlərinin saz saxlanılmasının ətraf mühitin qorunması və insanların sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.

    Keçirilən tədbirlərin əsas məqsədinin ekoloji təhlükəsizliyin təmin olunması, havanın çirklənməsinin qarşısının alınması, eləcə də sürücülər arasında məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması olduğu bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR