Bu gün Şükürbəyli kəndi kəndinə keçmiş məcburi köçkünlərin növbəti qrupu qayıdır. Kəndə 39 ailə, ümumilikdə 165 nəfər köçəcək.
İşğaldan azad olunmuş kənd yenidən qurulub və burada insanlar üçün müasir evlər, rahat yaşayış şəraiti yaradılıb. Kənddə məktəb, musiqi məktəbi, uşaq bağçası, tibb məntəqəsi, klub və digər sosial obyektlər tikilib.
Şükürbəyli kəndi 286 hektar ərazidə salınıb və gələcəkdə burada 1042 ailənin yaşaması planlaşdırılır. Hazırda isə 635 ev istifadəyə verilib.
Qeyd edək ki, Şükürbəyli Cəbrayıl rayonunun bərpa edilən ən böyük kəndidir və burada məskunlaşma may ayının əvvəlindən başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.