WUF13Azerbaijan: Güclü Azərbaycanın Dünyaya Verdiyi Mühüm Mesaj

Bu gün Azərbaycan Respublikasının ev sahibliyi etdiyi #WUF13Azerbaijan beynəlxalq platforması ölkəmizin dünyada artan nüfuzunun, strateji inkişaf modelinin və qlobal əməkdaşlığa verdiyi töhfənin növbəti mühüm təzahürüdür. Dünyanın müxtəlif ölkələrindən yüksəksəviyyəli nümayəndələrin, beynəlxalq təşkilatların, ekspertlərin və dövlət rəsmilərinin iştirakı ilə keçirilən bu mötəbər tədbir Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu xüsusi mövqeni bir daha nümayiş etdirir.
Müasir, güclü və davamlı inkişaf edən Azərbaycan dövləti bu gün yalnız regionun deyil, dünyanın diqqət mərkəzində olan ölkələrdən biridir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi etibarlı və nüfuzlu mərkəzə çevrilmişdir. #WUF13Azerbaijan kimi mötəbər tədbirin məhz Azərbaycanda təşkil olunması dövlətimizin dünyada qazandığı böyük etimadın və yüksək nüfuzun göstəricisidir.
Məktəb rəhbəri olaraq xüsusi vurğulamaq istəyirəm ki, bu cür beynəlxalq tədbirlər yalnız siyasi və iqtisadi əhəmiyyət daşımır, eyni zamanda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, onların dövlətçilik ənənələrinə bağlı, vətənpərvər və dünyagörüşlü vətəndaş kimi yetişməsinə mühüm təsir göstərir. Azərbaycanın əldə etdiyi uğurlar hər bir gənc üçün nümunədir və onların gələcəyə daha böyük inamla baxmasına stimul verir.
Bu gün ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Azərbaycan sülhün, əməkdaşlığın, inkişafın və multikultural dəyərlərin təşviq olunduğu bir məkan kimi dünya birliyinə mühüm mesajlar verir. #WUF13Azerbaijan tədbiri də bu baxımdan ölkəmizin qlobal məsələlərdə fəal iştirakını və beynəlxalq dialoqa verdiyi töhfəni bir daha təsdiqləyir.
İnanırıq ki, bu mötəbər tədbir Azərbaycanın beynəlxalq əlaqələrinin daha da genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının formalaşmasına və ölkəmizin strateji mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Azərbaycan dövlətinin uğurları daim olsun!
Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.