AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Aprel şəhidlərinin ailə üzvləri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

  • + A
  • - A
  • Bu gün, 10:25

    “Aprel şəhidlərinin ailə üzvləri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib


    Mayın 21-də Şəhid Analarına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsində qalib olmuş “Aprel şəhidlərinin ailə üzvləri ilə iş” layihəsi çərçivəsində Yasamal Rayon Mərkəzi Kitabxanasında növbəti tədbiri keçirilib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, “Şəhid Analarına Dəstək” İB-nin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə Aprel şəhidlərinin ailə üzvləri ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda müxtəlif dövrlərdə canlarından keçmiş bütün şəhidlərin ailə üzvləri də iştirak ediblər.

    Tədbirdə Birliyin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək qonaqları salamlayıb. O bildirib ki, layihənin əsas məqsədi Aprel şəhidlərinin ailə üzvləri ilə görüşlər təşkil etmək, Aprel döyüşlərinin 10 illiyi münasibətilə şəhidlərimizin tanınmasına və xatirələrinin yaşadılmasına töhfə vermək, eyni zamanda şəhid ailələrinin daim diqqətdə saxlanılmasını və onlara qayğı göstərilməsini dəstəkləməkdir. Layihə həmçinin şəhid ailələrini bir araya gətirməklə onların qarşılıqlı tanışlığı və ünsiyyətini təşkil etməyə, mənəvi dəstəyi gücləndirməyə və sosial həmrəyliyi artırmağa xidmət edir.

    Ceyran Həsənova qeyd edib ki, dövlət strategiyasına uyğun olaraq şəhidlərimizin xatirəsinin daim diqqətdə saxlanılması istiqamətində İctimai Birlik bundan sonra da fəaliyyət göstərəcək. O vurğulayıb ki, Aprel şəhidlərinin qəhrəmanlıq yolu yeniyetmələr üçün örnəkdir və belə layihələr şəhid ailələrinin cəmiyyətə inteqrasiyasına mənəvi dəstək və stimul verir.

    Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin anası Güllübəyim Mirzəyeva, pilot Əbu Bəkr İsmayılovun anası Rəna İsmayılova, Mirzə Novruzovun anası Rüxsarə Novruzova, İsmayıl Qasımovun anası Mahirə Nəzərli, Tural Dadaşovun anası Kəmalə Dadaşova, Mikayıl Həmidlinin anası Lalə Həmidova və Rövşən Nurzadənin həyat yoldaşı Təranə Nurzadə çıxış edərək belə tədbirlərin, xüsusilə şəhid ailələrinin görüşlərinin onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını bildiriblər. Onlar dövlət qayğısını hər zaman hiss etdiklərini qeyd edərək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, “Şəhid Analarına Dəstək” İctimai Birliyinə, həmçinin tədbirin keçirilməsi üçün şərait yaradan Yasamal Rayon Mərkəzi Kitabxanasının direktoru Arzu Xudaverdiyevaya və kitabxananın kollektivinə təşəkkürlərini ifadə ediblər.

    Tədbir çay süfrəsi arxasında davam edib, şəhid ailələrinə hədiyyələr təqdim olunub. Sonda şəhid ailələri ilə xatirə şəkilləri çəkdirilib.

    Fotolar


















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR