AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan Prezidenti İlham Əliyevi təbrik etdi

  • + A
  • - A
  • Bu gün, 19:33

    Gürcüstan Prezidenti İlham Əliyevi təbrik etdi

    Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    “Zati-aliləri, əziz həmkarım.

    Sizi və dost Azərbaycan xalqını ölkənizin Müstəqilliyi Günü münasibətilə gürcü xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

    Ölkələrimiz arasında hazırkı strateji tərəfdaşlıq bizim tarixi əlaqələrimizin məntiqi davamıdır. Sizin Gürcüstana olduqca səmərəli dövlət səfəriniz iki ölkə arasında münasibətlərin inkişafına təkan verərək əlaqələri yeni səviyyəyə yüksəltdi. İnanıram ki, Gürcüstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri və möhkəm strateji tərəfdaşlığa əsaslanan əməkdaşlıq, birgə icra etdiyimiz strateji layihələr xalqlarımızın rifahını yüksəltməklə yanaşı, həm ölkələrimizdə, həm də regionda sülhü, əmin-amanlığı və sabitliyi daha da möhkəmləndirəcək.

    Bu əlamətdar gündə fürsətdən istifadə edərək Sizə xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR