AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

LDU-da “Gələcəyə Açılan Qapı” adlı Məzun yarmarkası keçirilib

  • + A
  • - A
  • Bu gün, 17:03

    LDU-da “Gələcəyə Açılan Qapı” adlı Məzun yarmarkası keçirilib

    Lənkəran Dövlət Universiteti (LDU) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Lənkəran Olimpiya Kompleksində “Gələcəyə Açılan Qapı” adlı Məzun yarmarkası keçirilib. Məzun yarmarkasına 53 idarə, müəssisə və təşkilat tərəfindən ümumilikdə 867 vakant iş yerləri çıxarılıb.
    Tədbirin açılış mərasimində çıxış edən Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov hər il ənənəvi olaraq keçirilən məzun yarmarkalarının LDU-nu bitirən yüzlərlə məzuna iş probleminin həllində dəstək olduğunu, gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını bildirib, işçi ilə işəgötürən arasında operativ körpü olduğunu xüsusi vurğulayıb.
    Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov çıxışında gənclərin məşğulluğunun təmin olunması, onların əmək bazarına inteqrasiyası və peşəkar inkişaf imkanlarının genişləndirilməsinin əhəmiyyətindən söz açıb. Məzunlarının işlə təmin olunması göstəricilərinə görə LDU-nun region universitetləri arasında ön sırada olduğundan qürur duyduğunu bildirərək məzunları qurumla sıx əlaqə saxlamağa çağırıb.
    Məzun yarmarkasında dövlət və özəl qurumların təmsilçiləri, işəgötürənlər, universitet tələbələri və məzunlar iştirak ediblər. Qeyd edək ki, aktiv iştirak edən işəgötürənlərin böyük əksəriyyətini özəl sektorun nümayəndələri təşkil edib. Bu ilki Məzun yarmarkasında təqribən 300 nəfərin işlə təmin olunması gözlənilir.
    Xatırladaq ki, tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaqdır. Məlumat üçün deyək ki, ötənilki “Məzun yarmarkası”na 45 idarə, müəssisə və təşkilat tərəfindən ümumilikdə 320 vakant iş yerləri təqdim olunmuşdu.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR