AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AAYDA nəzdində 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC Qurban Bayramında xeyriyyə aksiyası keçirdi

  • + A
  • - A
  • 27-05-2026, 10:30

    AAYDA nəzdində 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC Qurban Bayramında xeyriyyə aksiyası keçirdi

    Müsəlman dünyasının müqəddəs bayramlarından olan Qurban Bayramı ölkəmizdə də böyük ehtiram və mənəvi birlik şəraitində qeyd olunur. Bayram günlərində insanlar bir-birinə dəstək olur, ehtiyacı olan ailələrə yardım göstərir, paylaşma və xeyirxahlıq ənənələrini yaşadırlar.

    Hər il olduğu kimi, bu il də Qurban Bayramı münasibətilə müxtəlif xeyriyyə aksiyaları təşkil olunub. Sosial məsuliyyət təşəbbüslərində mütəmadi iştirak edən AAYDA nəzdində 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC tərəfindən də bayram münasibətilə qurban payları paylanılıb, aztəminatlı ailələrə, şəhid ailələrinə və sosial qayğıya ehtiyacı olan insanlara yardım göstərilib.

    Qurban ətinin paylaşılması bayramın əsas mənəvi dəyərlərindən biri hesab olunur. Bu ənənə insanlar arasında həmrəylik, mərhəmət və qarşılıqlı hörmət hisslərini daha da gücləndirir. Bayram günlərində həyata keçirilən bu cür aksiyalar cəmiyyətimizdə humanizm və milli-mənəvi dəyərlərin yaşadılmasına mühüm töhfə verir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR