AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Konqoda Ebola təhlükəsi artır: 11 xəstə təcrid mərkəzindən qaçdı, sakinlər yoluxanın cəsədini ələ keçirdi

  • + A
  • - A
  • Bu gün, 07:28

    Konqoda Ebola təhlükəsi artır: 11 xəstə təcrid mərkəzindən qaçdı, sakinlər yoluxanın cəsədini ələ keçirdi

    Konqonun şərqində yerləşən Katana şəhərində Ebola virusundan ölən şəxsin dəfnini həyata keçirən briqadaya hücum edilib. Yerli sakinlər komandanı tabutu atmağa məcbur edib və meyitlə təmas qurublar. Həkimlər xəbərdarlıq edirlər ki, bu hadisə xəstəliyin daha da yayılmasına səbəb ola bilər.

    Məlumata görə, Ebola epidemiyasının mərkəzi hesab olunan İturi əyalətində təhlükəsizlik vəziyyətinin gərgin olması səbəbindən 11 xəstə təcrid olunduqları tibb müəssisələrindən qaçıb.

    Hazırda Konqoda Ebola virusuna yoluxmanın 363 təsdiqlənmiş halı və 62 ölüm qeydə alınıb. Ölkənin üç əyalətində 4,2 mindən çox təmasda olmuş şəxs nəzarətdə saxlanılır.

    Mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında və Uqandada Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli səhiyyə fövqəladə vəziyyəti elan edib. Yayılmaqda olan Bundibuqyo ştammına qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil. Bu səbəbdən xəstələrin təcrid olunması, maye itkisinin bərpası və ağrıların azaldılması əsas müalicə tədbirləri hesab olunur.

    Ebola halları Konqonun üç əyalətində və Uqandada təsdiqlənib. Səhiyyə və humanitar təşkilatların nümayəndələri bölgədə maska kimi zəruri vasitələrin və tibb işçilərinin çatışmadığını bildirirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR