AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Turizm ictimaiyyətinə ağır itki: Ruslan Quliyev vəfat edib

  • + A
  • - A
  • Bu gün, 14:45

    Turizm ictimaiyyətinə ağır itki: Ruslan Quliyev vəfat edib


    Azərbaycan turizm ictimaiyyətinin tanınmış simalarından biri, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri Ruslan Quliyev vəfat edib.

    Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Agentliyin rəhbərliyi və kollektivi Ruslan Quliyevin vaxtsız vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıqlarını bildirərək, mərhumun ailəsinə, doğmalarına, yaxınlarına və bütün turizm ictimaiyyətinə başsağlığı verib, onlara səbir diləyib.

    Qeyd olunub ki, Ruslan Quliyev uzun illər ərzində Azərbaycanın turizm sektorunun inkişafı istiqamətində fəal fəaliyyət göstərib. O, xüsusilə sağlamlıq və termal turizmin təşviqi, eləcə də turizm sənayesində peşəkar fəaliyyətin formalaşdırılması sahəsində mühüm xidmətləri ilə seçilib. Onun zəngin təcrübəsi, təşəbbüsləri və həyata keçirdiyi layihələr ölkədə turizmin inkişafına əhəmiyyətli töhfələr verib.

    Ruslan Quliyev ölkə turizminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. O, həmçinin Dövlət Turizm Agentliyinin Fəxri Fərmanına layiq görülüb.

    Turizm ictimaiyyəti Ruslan Quliyevin vəfatını sahə üçün ağır itki kimi dəyərləndirir.

    Allah rəhmət eləsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR