Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Xəzər dənizində keçirilən hərbi təlimlərdə iştirak edib. Təlimlərin gedişini Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev izləyib.
Müdafiə Nazirliyinin məlumatına görə, manevrlərə Hərbi Hava Qüvvələrinin bölmələri, Sahil Mühafizəsi və Fövqəladə Hallar Nazirliyinin qüvvələri də cəlb olunub.
Təlim zamanı hərbi qulluqçular şərti hədəfləri məhv edib, müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyət məsələlərini məşq ediblər. Bundan əlavə, sahə şəraitində idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş şəraitinə yaxın vəziyyətlərdə hərbi gəmilərin fəaliyyətinin işlənilməsi əsas məqsədlərdən biri olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.