AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

  • + A
  • - A
  • Bu gün, 13:36

    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTBETİ) xalqımızın taleyində və müasir tariximizdə dönüş nöqtəsi olan möhtəşəm bayram – 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş rəsmi tədbir keçirilmişdir.
    Tədbirdə institutun rəhbərliyi, aparıcı alimlər, elmi işçilər və kollektiv üzvləri iştirak etmişlər. Öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
    Tədbiri giriş sözü ilə açan BMTBETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov “Milli Qurtuluş Günü – müstəqil Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda geniş və məzmunlu məruzə ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, 1993-cü ilin iyun ayında Azərbaycanın daxili xaosun sürükləndiyi, parçalanma və məhv olma təhlükəsi ilə üz-üzə qaldığı bir dönəmdə, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı dövlətçilik tariximizin ən parlaq səhifəsini yazmışdır.
    Ümummilli Lider Heydər Əliyevin nümayiş etdirdiyi qətiyyət, sarsılmaz siyasi iradə və uzaqgörənlik respublikada daxili sabitliyi bərqərar etməklə yanaşı, gələcək çoxşaxəli inkişafın fundamental təməllərini qoydu. Ulu Öndərin müəyyənləşdirdiyi bu müdrik strateji kurs ölkə həyatının bütün sahələrini, o cümlədən elmin, təhsilin və kənd təsərrüfatının elmi əsaslarla tərəqqisini yeni intibah mərhələsinə çatdırdı.
    Professor İbrahim Cəfərov vurğulamışdır ki, dahi şəxsiyyətin əsasını qoyduğu dövlətçilik ideologiyası bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən uca zirvəsinə yüksəlmişdir. Cənab Prezidentin qətiyyətli xarici və daxili siyasəti, ordumuzun rəşadəti sayəsində qazanılan tarihi Zəfərlər məhz 15 iyunda atılan o möhkəm təməllərin məntiqi nəticəsidir. Bu gün fəaliyyətini Heydər Əliyev ideyaları işığında uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan elmi və iqtisadiyyatı dünyada qüdrətli tərəfdaş kimi tanınmaqdadır.
    Tədbirdə institutun elmi katibi Məryəm Bağırova “Dövlətçilik ənənələri və Qurtuluş”, şöbə müdiri Qabil Bayramov “Azərbaycanın parçalanma təhlükəsindən xilas yolu”, şöbə müdiri Mahal Kazımov “Sabitlik və inkişaf”, eləcə də elmi əməkdaşlar Nurlana Məmmədova “1993-cü il hadisələrinin ölkənin gələcək taleyinə təsiri” və Rumiyyə Məmmədrzayeva “Milli birlik və dövlətin inkişafı” mövzularında çıxış etmişlər.
    Çıxışlarda vurğulanmışdır ki, xalqın Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşməsi ölkədə sabitliyin bərpasına, dövlət institutlarının möhkəmləndirilməsinə və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsinə imkan yaratmışdır. Bu gün Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kursu uğurla davam etdirərək regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir.
    Tədbirin sonunda iştirakçılar 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi tarixində müstəsna rol oynadığını vurğulamış, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin və dövlətçilik ideyalarının gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıdığını qeyd etmişlər.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR