AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sağlam cəmiyyət ailədən başlayır” mövzusunda dəyirmi masa keçirilib

  • + A
  • - A
  • Bu gün, 12:00

    “Sağlam cəmiyyət ailədən başlayır” mövzusunda dəyirmi masa keçirilib

    “Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Sağlam cəmiyyət ailədən başlayır” layihəsi çərçivəsində Sumqayıt şəhərinin 30 saylı tam orta məktəbində dəyirmi masa təşkil edilib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, dəyirmi masanı “Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar birliyinin üzvü, şairə Ağanənə Seyidqızı açaraq Birliyin fəaliyyəti, indiyə qədər həyata keçirdiyi layihələr və may ayından icrasına başlanan layihənin məqsədi və əhəmiyyəti, görülən işlər barədə qısa məlumat verdi. O bildirdi ki, sağlam ailə dəyərlərinin qorunması, ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və məsuliyyətin təşviqi cəmiyyətin dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

    Daha sonra söz Sumqayıt 1 saylı Mediasiya Təşkilatının direktoru, tanınmış vəkil Etibar Həsənova verildi. Etibar Həsənov dəyirmi masanı proqram üzrə idarə edərək iştirakçılarla geniş fikir mübadiləsi aparıb. Tədbir zamanı milli ailə dəyərləri, ailədaxili ünsiyyət mədəniyyəti, ailə hüquq və məsuliyyətləri, məişət zorakılığının qarşısının alınması, ailədaxili münaqişələrin və boşanmaların səbəbləri, eləcə də onların aradan qaldırılması yolları ətrafında müzakirələr keçirilib.

    Müzakirələr zamanı mediasiyanın ailə münasibətlərinin tənzimlənməsində rolu, münaqişələrin sülh yolu ilə həllinin əhəmiyyəti və hüquqi maarifləndirmənin vacibliyi xüsusi vurğulanıb.

    Dəyirmi masada iştirak edən müəllimlər və texniki işçilər müzakirələrdə fəal iştirak edərək mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər. Tədbir iştirakçıları bu cür maarifləndirici təşəbbüslərin ailə institutunun möhkəmləndirilməsinə və sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verdiyini qeyd edərək gələcəkdə bu istiqamətdə davamlı tədbirlərin təşkilinin vacibliyi də vurğulanıb.

    Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış paylama materialları təqdim olunub.

    Qeyd edək ki, “Sağlam cəmiyyət ailədən başlayır” layihəsinin əsas məqsədi milli ailə dəyərlərinin təbliği, ailədaxili münasibətlərdə sağlam ünsiyyət mədəniyyətinin təşviqi, hüquqi maarifləndirmənin artırılması və cəmiyyətdə sağlam ailə modelinin möhkəmləndirilməsinə dəstək verməkdir.

    Fotolar









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR