AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

26 iyun - Silahlı Qüvvələrimizin şanlı tarixi

  • + A
  • - A
  • Bu gün, 12:29

    26 iyun - Silahlı Qüvvələrimizin şanlı tarixi

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvlər günü ölkəmiz üçün sadəcə təqvim bayramı deyil, mahiyyətinə görə böyük ictimai, siyasi əhəmiyyətə malik olan bir gündür.

    Hərbi tariximizin şərəfli səhifəsi kimi yaddaşlarda həkk olunan 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu təşkil olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq”. Birmənalı olaraq qeyd etmək lazımdır ki, ümumiyyətlə ölkəmizdə ordu quruculuğu prosesi Azərbaycanın suverliyinin və müstəqilliyinin qorunması, möhkəmlənməsi və inkişafında müstəsna rolu olan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
    Xatırlatmaq lazımdır ki, keçən əsrin ikinci yarısının sonlarında Azərbaycan öz tarixinin ən böyük təhlükələrindən olan müstəqilliyinin itirilməsi ilə üzləşmişdir.
    Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edən AXC-Musavat hakimiyyəti dövrü Azərbaycanda hərc-mərclik, özbaşınalıq, iqtisadi, sosial, ictimai və siyası həyatda xaos sürdüyü bir dövr kimi yaddaşlarda qalmışdır. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı.
    Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək, nizami ordu quruculuğu prosesinə start verdi və ən qısa zamanda bu sahədə ciddi addımlar atıldı - Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırıldı, döyüş hazırlığı yüksək səviyyəyə gətirildi, ordu quruculuğu müasir beynəlxalq standartlara uyğun olaraq təşkil edildi.
    Ulu Öndərin ordu quruculuğu strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan ordusu qisa zaman kəsiyində regionun ən qüdrətli ordusuna çevrildi və 44 günlük Vətən müharibəsi və qisamüddətli anti-terror əməliyyatı nəticəsində otuz ilə yaxın bir müddətdə davam edən işğala son qoydu, ölkımizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
    Dövlət Başçısnın qeyd etdiyi kimi, “biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR