AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dəyərlərə rəqəmsal baxış” – milli irs nümunələrinə virtual səyahətin təşkili layihəsi davam edir

  • + A
  • - A
  • Bu gün, 14:11

    “Dəyərlərə rəqəmsal baxış” – milli irs nümunələrinə virtual səyahətin təşkili layihəsi davam edir

    “Milli Dəyərlər üzrə Maarifləndirmə” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiyinin dəstəyi ilə həyata keçirilən “Dəyərlərə rəqəmsal baxış” – milli irs nümunələrinə virtual səyahətin təşkili adlı layihəsinin növbəti fəaliyyətləri 24-25 iyun 2026-cı il tarixlərində Şamaxı rayonunda davam etdirilib.

    Layihə üzrə Şamaxıda çəkilişlər üçün təqdim olunan 11 məkanlardan 6-sı seçilmiş və bu maddi-mədəniyyət abidələrində çəkilişlər aparılaraq, video təqdimatlar hazırlanıb.

    Layihə rəhbəri Gülşən Behbudun rəhbərliyi ilə “Yedi Gümbəz” Türbəsi, Şamaxı Tarix və Diyarşünaslıq Muzeyi, “İmamzadə” Ziyarətgahı, “Dəmirçi” Arxeologiya Muzeyi, Şamaxı Astrofizika Rəsədxanası və Şamaxı “Cümə” məscidində aparılan çəkilişlərdə bu maddi-mədəniyyət nümunələri haqqında tarixi məlumatlar təqdim olunub, mütəxəssislərdən müsahibələr alınıb. Aparılan çəkilişlər əsasında video çarxın hazırlanaraq sosial şəbəkələrdə geniş təbliğ olunması planlaşdırılıb.

    Layihənin məqsədi gənc nəslin milli mənəvi dəyərlərlə tanışlığını müasir, mənbə əsaslı, əlçatan texnoformatlarda təqdim etmək, onların milli kimliyə, tarix və mədəni irsimizə maraq və diqqətini artırmaq, maddi-mədəni abidələrimiz, muzeylərimizə virtual səyahət təşkil edərək dəyərlərimizə sahiblənmək, mədəniyyətimizi təbliğ etməkdir.

    Layihə 01 may 2026-cı il tarixindən başlayaraq 31 iyul 2026-cı il tarixədək 3 ay ərzində icra olunacaqdır. Layihə çərçivəsində 5 rayonda – Gəncə, Şamaxı, İsmayıllı, Qəbələ və Şəkidə milli irs nümunələrimizin xülasəsi əks olunan video təqdimatların hazırlanması, bu rayonlarda yerləşən maddi mədəniyyət abidələri, görməli yerlər və muzeylərdən birbaşa çəkilişlər təşkil etməklə virtual ekskursiyanı təmin etmək və görülən işlərin media, sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yanaşı, layihənin icrasında tərəfdaşlarımız Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mərkəzi və yerli İcra Hakimiyyətləri, Regional Mədəniyyət İdarələri ilə əməkdaşlıq nəzərdə tutulub. Layihə üzrə növbəti çəkilişlər İsmayıllı rayonunda olacaqdır.

    Fotolar















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR