AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada TikTok 3,5 milyon rubl cərimələndi

  • + A
  • - A
  • Bu gün, 21:51

    Rusiyada TikTok 3,5 milyon rubl cərimələndi


    Rusiyada məhkəmə TikTok Pte. Ltd. şirkətini qanunvericiliyə zidd hesab edilən məlumatları silmədiyinə görə 3,5 milyon rubl məbləğində cərimələyib.

    Moskvanın Taqanski Rayon Məhkəməsinin yaydığı məlumata görə, qərar 30 iyun 2026-cı ildə qəbul edilib. Şirkət Rusiya İnzibati Xətalar Məcəlləsinin 13.50-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulan inzibati xətada təqsirli bilinib.

    Məhkəmə qərarına əsasən, TikTok-a 3 milyon 500 min rubl məbləğində inzibati cərimə tətbiq olunub.

    Qeyd edək ki, Çin şirkəti ByteDance-ə məxsus olan TikTok qısa videoların paylaşılması üçün nəzərdə tutulmuş sosial şəbəkədir. Platforma 2022-ci ilin mart ayından etibarən Rusiyadakı istifadəçilər üçün yeni məzmun paylaşımı və canlı yayımları məhdudlaşdırıb.

    Xatırladaq ki, bundan əvvəl Telegram da qanunsuz hesab edilən məlumatları silməkdən imtina etdiyinə görə Rusiyada 3,5 milyon rubl cərimələnmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR