AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirliyin 600 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunan sabiq idarə rəisi azadlıqdadır

  • + A
  • - A
  • Bu gün, 19:26

    Nazirliyin 600 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunan sabiq idarə rəisi azadlıqdadır

    Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin keçmiş rəisi Mehdi Əmrahov barəsində xüsusilə külli miqdarda mənimsəmə və digər cinayət əməlləri ilə bağlı cinayət işi açılıb.

    İttihama görə, o, nazirliyə məxsus 600 min manatdan çox vəsaiti mənimsəyib. Faktla bağlı araşdırma Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılıb.

    Mehdi Əmrahova Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb.

    İstintaq zamanı təqsirləndirilən şəxs dəymiş ziyanın bir hissəsini ödəyib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib, polis nəzarəti altına vermə qətimkan tədbiri tətbiq olunub.

    Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Neymət Məmmədovun icraatına verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR