Bakıda yaxın vaxtlarda BakuBus tərəfindən yeni, kompakt və ödənişsiz minibüs marşrutlarının istifadəyə verilməsi planlaşdırılır.
Məlumata görə, yaşıl rəngdə olacaq müasir mikroavtobusların dizaynında bulud və ağac təsvirlərindən istifadə olunub ki, bu da layihənin ekoloji yönümünü əks etdirir. Yeni nəqliyyat vasitələri şəhər sakinlərində vaxtilə fəaliyyət göstərmiş marşrut taksilərini xatırladır.
Şirkət layihənin detalları barədə hələlik məlumat açıqlamayıb. Marşrutların fəaliyyətə başlayacağı tarix, hərəkət sxemi və dayanacaqların siyahısı hələ elan edilməyib.
Mütəxəssislərin fikrincə, yeni mikroavtobuslar əsasən iri avtobusların rahat hərəkət edə bilmədiyi, hərəkət zolaqları dar olan Bakı küçələrində sərnişindaşıma üçün istifadə olunacaq. Bu təşəbbüsün şəhərdaxili nəqliyyatın əlçatanlığını artıracağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.