AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabah Bakı, Saatlı və Hacıqabulun bəzi ərazilərində qaz olmayacaq

  • + A
  • - A
  • Bu gün, 18:30

    Sabah Bakı, Saatlı və Hacıqabulun bəzi ərazilərində qaz olmayacaq

    Sabah Bakının Nizami rayonunun bəzi küçə və qəsəbələrində təbii qazın verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

    Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 10-da saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun R.Rüstəmov, E. Süleymanov, Q. Qarayev, C. Naxçıvanski küçələrinin, Sabunçu qəsəbəsinin isə E. Mehdiyev, İ. Aslanov və M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

    Həmçinin, təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı rayonunun Yeni Novruzlu qəsəbəsinin və Qıraqlı, Mustafabəyli, Bəylik, Yeni Novruzlu kəndlərinin, həmçinin Hacıqabul rayonunun Muğan qəsəbəsinin və Muğan, Qubalı, Paşalı 1, Paşalı 2, Cəngən, Şorbaçı, Tağlı, Tava kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR