AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda 4 683 nəfər fəxri ada görə Prezident təqaüdü alır

  • + A
  • - A
  • Bu gün, 16:54

    Azərbaycanda 4 683 nəfər fəxri ada görə Prezident təqaüdü alır

    2026-cı ilin əvvəlinə olan rəsmi statistikaya əsasən, Azərbaycanda fəxri adlara görə Prezident təqaüdü alan şəxslərin sayı 4 min 683 nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

    Statistikaya görə, təqaüd alanlardan 239 nəfəri "Xalq" fəxri adına, 4 min 444 nəfəri isə "Əməkdar" fəxri adına layiq görülmüş şəxslərdir.

    Qeyd edək ki, fəxri adlara görə aylıq Prezident təqaüdü Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətləri və yüksək peşə ustalığı ilə fərqlənən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ödənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR