AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşadan dünyaya media diplomatiyası

  • + A
  • - A
  • Dünən, 15:00

    Şuşadan dünyaya media diplomatiyası


    Şuşada ənənə halını almış Qlobal Media Forumunun keçirilməsi ölkəmizin obyektiv informasiya mühitinin formalaşdırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmi əks etdirən mühüm platforma rolunu oynamaqdadır.

    Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertlərin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin qatılması isə Azərbaycanın media sektoruna olan xüsusi marağın ifadəsidir.

    IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin cavablandırdığı sualların tematikası da onu göstərir ki, Şuşa Qlobal Media Forumu təşəbbüsdən daha çox instituta çevrilib.
    Prezidentin forum çərçivəsində təxminən dörd saata yaxın müddət ərzində beynəlxalq təhlükəsizlik, Cənubi Qafqazın geosiyasi dinamikası, nəqliyyat və enerji marşrutları, Türk dünyasında inteqrasiya, Azərbaycan- Ermənistan normallaşma prosesi, habelə qlobal güc mərkəzləri arasında formalaşan yeni münasibətlər sistemi ilə bağlı suallara cavabları dərin məzmun kəsb etməklə, yaddaqalan oldu.
    Cənab Prezident Azərbaycanın prinsipial mövqeyini və regionda və dünyada baş verən geosiyasi proseslərə dair dolğun təhlili baxışlarını çatdırdı.

    Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional əməkdaşlıq perspektivləri, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq hüququn aliliyi, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və medianın artan məsuliyyəti kimi mühüm məsələlərə toxundu.

    Azərbaycan lideri region üçün əhəmiyyət kəsb edən bir sıra strateji məsələlərə diqqət çəkərkən Zəngəzur dəhlizinin vacib layihə olduğunu vurğuladı, qeyd etdi ki, bu layihə Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Zəngəzur dəhlizi, eyni zamanda, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsinə, beynəlxalq yükdaşımaların sürətlənməsinə və regionun tranzit potensialının daha da güclənməsinə töhfə verəcək.
    Azərbaycan, sülh gündəliyini yalnız siyasi bəyanatlarla deyil, konkret əməli addımlarla dəstəkləyir.

    Dövlət başçısının cavabları bir daha nümayiş etdirdi ki, Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların müəllifi olmaqla yanaşı, onların gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas aktorlardan biridir.

    Forumda səsələndirilən fikirlər beynəlxalq media nümayəndələrinə ölkəmizin mövqeyini birbaşa mənbədən öyrənmək imkanı yaratmaq baxımından unikal tədbir hesab edilə bilər.

    Bir sözlə, Şuşa Media Forumu təsdiləyir ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR