AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib

  • + A
  • - A
  • Bu gün, 10:34

    Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib

    Süni intellekt artıq reallığa çevrilib.

    "Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, Şuşa Qlobal Media Forumunda vaxtilə süni intellekt mövzusu müzakirə olunurdu:

    "Həmin vaxt süni intellektin ilkin mərhələsi idi və bəziləri üçün süni intellekt əsasında hazırlanmış çıxışları dinləmək sürpriz idi. Cəmi iki il keçdikdən sonra süni intellekt artıq reallığa çevrilib. ​Sosial media ünsiyyət imkanlarını genişləndirsə də, eyni zamanda, dezinformasiya və cəmiyyətdə manipulyasiyaların yayılmasını da sürətləndirib. Rəqəmsal platformalar milyardlarla insana səs verib, lakin bu səs bəzən həqiqəti yalandan ayırmağı çətinləşdirir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR